AHF rəsmisi AVRO-2024-ün Bolqarıstan - Türkiyə oyununda
Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, beynəlxalq dərəcəli nümayəndə qadın həndbolçulardan ibarət AVRO-2024-ün seçmə qrup mərhələsi matçında iş başında olacaq.
O, 6-cı qrupun 3-cü turu çərçivəsində keçiriləcək Bolqarıstan - Türkiyə matçında Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Görüş fevralın 28-də Şumen şəhərində yerləşən “Şumen Arena”da təşkil olunacaq.
Oyunu Albaniyadan Şerif Çema və Besfort Çaka idarə edəcəklər.