Qadın həndbolçuların Azərbaycan çempionatı sürprizsiz başladı

Qadın həndbolçuların Azərbaycan çempionatı sürprizsiz başladı

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib.

mediasport.az xəbər verir ki, ilk oyun günündə əvvəlcə “İdman Akademiyası” ilə “Azəryol” qarşılaşıb.

Görüşün favoriti sayılan son ölkə çempionu "Azəryol" 37:22 hesabı ilə qələbə qazanıb.

Günün ikinci matçında “Azərsu” “U-16”dan üstün olub - 22:10.

4 komandalı dairəvi sistemdə ikinci turun görüşlərində də favoritlər qələbə qazanıblar. “Azəryol” “İdman Akademiyası”na 40:23, “Azərsu” “U-16” komandasına 30:15 hesabı ilə qalib gəlib.