Azərbaycan çempionatının ilk medalçı komandası müəyyənləşib
Kişi həndbolçuların Azərbaycan çempionatında sonuncu - XX tura start verilib.
Mediasport.az xəbər verir ki, 3-cü yer uğrunda görüşdə “Azəryol” və “Qarabağ” komandaları qarşılaşıblar.
Birincilərə bürünc medalları qazanmaq üçün 1 xal yetərli olsa da, "Qarabağ" mütləq qalib gəlməli idi.
Gərgin və dramatik alınan matçda 37:35 hesabı ilə qalib gələn “Azəryol” yubiley - 30-cu çemponatın 3-cüsü olub.