"Kür" "Bakı"nı məğlub edib

  "Kür" "Bakı"nı məğlub edib

Həndbol üzrə 30-cu Azərbaycan çempionatında 7-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə kişilərin mübarizəsində 2 oyun keçirilib.

"AHF Arena" İdman Kompleksində baş tutan oyunlarda "Təhsil" "İdman Akademiyası"nı, "Kür" isə "Bakı"nı üstələyib.

Turun digər oyunlarının 14 və 21 yanvar tarixlərində keçirilməsi nəzərdə tutulub.

Həndbol üzrə 30-cu Azərbaycan çempionatı. 7-ci tur. Kişilərin mübarizəsi

"Təhsil" - "İdman Akademiyası" 30:28

"Bakı" - "Kür" 20:26