"Tam uyğunlaşmamağımız məğlubiyyətə gətirib çıxardı"
Həndbolçu qadınlardan ibarət "Kür" komandasının üzvü Aytən Eminova Avropa Kubokunun 1/32 final mərhələsində İtaliyanın "Jomi Salerno" klubu ilə cavab oyunu barədə açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, rəqibin çox güclü komanda olduğunu deyib.
Eminova "Kür"ün yeri yaradıldığını, komandanın hələ indi formalaşdığını vurğulayıb: “Bu, bizim ilk oyunlarımız idi. Yeni toplaşmağımız və bir-birimizə tam uyğunlaşmamağımız məğlubiyyətə gətirib çıxardı. Rəqib həndbolçular neçə ildir birlikdə oynayırlar. Bir-birilərini daha yaxşı başa düşürlər. Noyabrda yarış start götürəcək. Daha yaxşı nəticələr qazanacağımıza ümid edirəm”.
Qeyd edək ki, təmsilçimiz italyanlara hər iki görüşdə uduzub - 19:29 və 19:36.