"Sabah" ikinci dəfə Azərbaycan çempionu olmağa yaxındır

 "Sabah" ikinci dəfə Azərbaycan çempionu olmağa yaxındır

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.

Mediasport.az xəbər verir ki, “Xəzri” və “Sabah” arasında növbəti duel baş tutub.

"Sərhədçi" İdman Mərkəzində reallaşan matçda böyük fərqlə sevinən tərəf son çempion olub - 75:59.

Komandalar arasında reallaşan ilk görüşdə "Xəzri" (95:70), ikinci görüşdə "Sabah" (94:63) qələbə qazanıb.

Final seriyasında üç dəfə qalib gələn kollektiv Azərbaycan çempionu olacaq.