Azərbaycanlı hücumçunun yeni baş məşqçisi albaniyalı Nevil Dede oldu

Azərbaycanlı hücumçunun yeni baş məşqçisi albaniyalı Nevil Dede oldu

Albaniya Superliqasında çıxış edən azərbaycanlı hücumçu Amil Yunanovun formasını geyindiyi "Biliş"ə yeni baş məşqçi təyin olunub.

Mediasport.az xəbər verir ki, komanda yerli mütəxəssis Nevil Dedeyə tapşırılıb.

49 yaşlı çalışdırıcı 2 ay əvvəl baş məşqçi təyin edilən nigeriyalı Emmanuel Eqbonu əvəzləyib.

Amilin komandası ölkə çempionatının turnir cədvəlində 6 oyundan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.