İsrafilovun komandası Çempionlar Liqasında ilk qələbəsini qazandı

İsrafilovun komandası Çempionlar Liqasında ilk qələbəsini qazandı

Asiya Çempionlar Liqasında yeni mövsümün ikinci turunun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun komandası "Yohor Tazim" "Şanxay Şenxua"nı məğlub edib.

Yarımmüdafiəçinin əsas heyətdə meydana çıxdığı görüşdə komandası qələbə qazanıb.

İsrafilovun komandası cari mövsüm yarışın ilk turunda məhsuldar heç-heçəyə imza atmışdı.

Asiya Çempionlar Liqası. 2-ci tur

1 oktyabr

"Yohor Tazim" (Malayziya) - "Şanxay Şenxua" (Çin) 3:0