Mahirin komandası çempion oldu
Futbol üzrə milli komandamızın hücumçusu Mahir Emrelinin məxsus olduğu "Dinamo" növbəti dəfə Xorvatiya çempionu olub.
mediasport.az xəbər verir ki, 32-ci turun səfər görüşündə "Hayduk"la 0:0 hesablı bərabərə qalan Zaqrbeb təmsilçisi tarixində 17-ci, ardıcıl isə 6-cı dəfə ölkə çempionatlarının qızıl medallarını qazanıb.
Aktivində 71 xal olan "Dinamo"un çempionluğu sona 4 tur qalmış rəsmiləşib. 2026-cı ilədək Xorvatiya klubuna məxsus Emreli qışdan icarə əsasında "Konyaspor"da çıxış edir. 26 yaşlı futbolçunun Superliqa təmsilçisi ilə icarəsi mövsümün sonuda başa çatacaq.