"Qarabağ" və "Neftçi"nin gözü yığmamızın bu futbolçusunda

"Qarabağ" və "Neftçi"nin gözü yığmamızın bu futbolçusunda

Azərbaycan Premyer Liqasının iki klubu - "Qarabağ" və "Neftçi" "Qəbələ"nin yarımmüdafiəçisi Emil Səfərovu gözaltı edib.

Mediasport.az saytına verilən məlumata görə, hər iki təmsilçimiz yığmamızın vingerini transfer etmək uğrunda mübarizə aparır.

20 yaşlı futbolçunun son vaxtlar uğurlu çıxışları, xüsusən yığmanın heyətində Belçikaya qarşı debüt oyununda göstərdiyi performans təmsilçilərimizin diqqətini çəkib.

"Qəbələ" ilə 2025-ci il iyunun 30-a qədər müqaviləsi olan Emilin yayda bu iki klubdan birinə keçəcəyi gözlənilir.

Məlumata görə, bu klublar futbolçunun transferi üçün qarşı tərəfə kifayət qədər yüksək məbləğdə təzminat ödəməyə hazırdırlar.