Renat Dadaşov minimum 4 həftə futbol oynaya bilməyəcək
Türkiyənin 1-ci Liqa klubu "Ankaragücü"nün azərbaycanlı hücumçusu Renat Dadaşov qasıq nahiyəsindən əməliyyat edilib.
Mediasport.az xəbər verir ki, yığmamızın forvardında yırtıq aşkarlanıb.
25 yaşlı futbolçu azı 4-6 həftə oynaya bilməyəcək.
Renat sonuncu dəfə ötən həftə çempionatın 9-cu turunun "Yeni Malatyaspor"la oyununda (3:0) meydana çıxmışdı.