"Araz-Naxçıvan"ın legioner futbolçusundan təsirli paylaşım

 "Araz-Naxçıvan"ın legioner futbolçusundan təsirli paylaşım

Azərbaycanda çıxış edən əcnəbi futbolçulardan bəziləri dekabrın 25-də AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşməsinə biganə qalmayıblar.

Mediasport.az xəbər verir ki, göyərtədə yer alan 67 nəfərdən 39-nun həlak olduğu qəzaya reaksiya verənlərdən biri də “Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçado olub.

Braziliyalı forvard “instagram” hesabında Azərbaycanda dekabrın 26-da elan olunmuş matəm günününü sükut anının fotosunu paylaşıb.

Cənubi amerikalı Heydər Əliyev Beynəlxalq Hava Limanından çəkilmiş sayğı duruşunun şəklini "tarixçə" bölməsinə yerləşdirib.

Xatırladaq ki, Bakıdan Qroznıya uçan "hava gəmisi"nin Aktauya qəza enişi sonrası 28 nəfər sağ qalıb.