"Beşiktaş" tarixində 36-cı prezident
Türkiyənin "Beşiktaş" futbol klubunda prezident vəzifəsinə seçkilərin qalibi məlum olub.
Mediasport.az xəbər verir ki, İstanbul klubunun yeni rəhbəri Sərdal Adalı seçilib.
İş adamı kimi tanınan "Adalı Holdinq"in 60 yaşlı sahibi seçkilərdə tək rəqibi Hüseyin Yüceli xeyli üstələyib.
13,158 seçicinin iştirak etdiyi səsvermədə Adalı 8,901 (70,3 faiz) səs toplayıb.
O, "qara qartallar"ın tarixdə 36-cı prezidentidir.
Xatırladaq ki, "Beşiktaş"ın sonuncu prezidenti Həsən Arat 1 ay əvvəl səhhəti ilə bağlı vəzifəsini tərk edib.