Qurban Qurbanov bəyəndi, müqaviləni dərhal yenilədilər
“Şamaxı” gənc futbolçusu Edqar Adilxanovla yeni müqavilə bağlayıb.
Mediasport.az saytına verilən məlumata görə, bu anlaşma təsadüfi deyilmiş.
Bölgə klubunun 19 yaşlı yarımmüdafiəçisi Premyer Liqanın bir çox klubunun diqqət mərkəzinə düşüb.
İstedadlı futbolçu ilə maraqlananlar arasında "Qarabağ" xüsusi diqqət çəkib.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov köməkçilərinə cari mövsüm Premyer Liqada 10 oyuna çıxıb 2 qol vuran gənci yaxından izləməyi tapşırıbmış
Məhz bundan sonra Şamaxı klubunun rəhbərliyi baş məşqçi Ayxan Abbasovun təkidi ilə yeyin davranaraq yeniyetmə ilə yeni müqaviləni razılaşdırıb.