"Neftçi"də qış fasiləsində ilk ayrılıq reallaşdı - Legioner vətəninə döndü

"Neftçi"də qış fasiləsində ilk ayrılıq reallaşdı - Legioner vətəninə döndü

"Nfetçi"də qış fasiləsində ilk ayrılıq reallaşıb.

Mediasport.az xəbər verir ki, macarıstanlı müdafiəçi Mark Tamaş paytaxt klubu ilə vidalaşıb.

31 yaşlı bu haqda yerli “Nemzeti Sport”a açıqlama verib:

“Keçmiş haqqında danışmağı sevmirəm. Amma ən əsası odur ki, bütün əlamətlər vəziyyətimin həll olunduğunu göstərir.

Şifahi razılıq əldə olundu ki, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verəcəyik ki, mən ödənişsiz gedə bilim.

Bu, mənim başıma heç vaxt gəlməmişdi, uzun müddət oynamadığım yerdə, əlbəttə ki, xoşagəlməzdir, amma həyat belədir. Görək karyeram gələcəkdə necə olacaq. Bir şeyi dəqiq demək olar: yenidən oynamaq üçün can atıram”.

Tamaşla 2023-cü ilin iyulunda 2 illik müqavilə bağlanılmışdı.