Azərbaycan yığmasının keçmiş üzvü bu klubda məşqçiliyə başladı
Bugünlərdə idmançı karyerasını başa vuran bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Zöhrə Ağamirova məşqçiliyə başlayır.
Mediasport.az xəbər verir ki, o, mütəxəssis kimi ilk addımlarını "Ocaq Sport" klubunda atacaq.
Klub Ağamirovanın qəbul və məşq proqramını da açıqlayıb.
Ağamirova yanvarın 6-dan 11-dək həm Heydər Əliyev adına İdman-Konsert Kompleksində, həm də Bakı Olimpiya Kompleksində ilk məşqlərini keçəcək.
Ağamirova iki dəfə olimpiadada çıxış edib, topla hərəkətdə Avropa çempionatının bürünc medalını qazanıb, İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və dəfələrlə Universiadanın mükafatçısı olub.