"Qarabağ" Fransa millisinin sabiq oyunçusu ilə danışıqlara başladı
“Qarabağ” Bolqarıstanın “Botev” klubunda çıxış edən qvineyalı futbolçu Antuan Konteni heyətinə qatmaq istəyir.
Mediasport.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu artıq Plovdiv təmsilçisi ilə danışıqlara başlayıb.
Azərbaycan çempionu müdafiə xəttindəki boşluğu məhz 31 yaşlı oyunçu ilə aradan qaldırmağı planlaşdırır.
Qeyd edək ki, bu mövsüm “Botev”in heyətində 21 matçda meydana çıxan Antuan Konte ikili vətəndaşlığa sahibdir.
O, 2011-2016-cı illərdə Fransanın aşağı yaş qrupları üzrə bütün yığmalarının formasını geyinib.
2022-ci ildə əsas milli olaraq seçdiyi Qvineya yığmasının heyətində 16 matçda meydana çıxıb.