Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramınız mübarək olsun!
Bu gün ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd edilir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub.
Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi.
Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verib. 1991-ci il dekabrın 16-da Azərbaycan xalqınının Ümummilli Lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.
Mediasport.az saytının kollektivi dünyada yaşayan bütün azərbaycanlıları bayramlar münasibətilə təbrik edir, sağlamlıq, əmin-amanlıq, firavan həyat və bol ruzi-bərəkət arzulayır.