Premyer Liqada 18 tur ərzində meydan üzünə həsrət qalan yerlilər

Premyer Liqada 18 tur ərzində meydan üzünə həsrət qalan yerlilər

Azərbaycan Premyer Liqasının başa çatan ilk dövrəsi maraqlı faktlarla yadda qalıb.

Mediasport.az xəbər verir ki, diqqət çəkən məqamlardan biri qapıçılarla bağlıdır.

Geridə qalan 18 turda 3 klubun azərbaycanlı qolkiperi görüşləri ehtiyat skamyadan izləyib.

Abdulla Seydəhmədov, Kamal Bayramov (“Şamaxı”), Əlirza Müştəbazadə (“Səbail”) və Mehman Hacıyev (“Turan Tovuz”) mövsümün 18 matçında meydana çıxmaq imkanı qazanmayıb.

Xatırladaq ki, Premyer Liqanın ilk yarısında ümumilikdə 90 görüş keçirilib.