Paris-2024 Olimpiya Oyunlarının medalı 4 aya yararsız hala düşdü

 Paris-2024 Olimpiya Oyunlarının medalı 4 aya yararsız hala düşdü

Paris-2024 Yay Olimpiya Oyunlarının üzgüçülük yarışında bürünc medal qazanmış fransalı Yoan Ndoye-Bruarın mükafatı yararsız hala düşüb.

Mediasport.az xəbər verir ki, estafet yarışlarında fərqlənən 24 yaşlı idmançı rəngi solmuş medalın fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Ndoye-Bruar fotoya ironik olaraq “Paris-1924” başlığını qoyub.

Məsələyə mnüasibət bildirən təşkilatçılar idmançıya yeni medal göndərəcklərini bildiriblər.

Qeyd edək ki, olimpiada iyulun 26-dan avqustun 11-dək keçirilib.