Azərbaycan klubu fransız futbolçu ilə müqavilə bağlayıb

Azərbaycan klubu fransız futbolçu ilə müqavilə bağlayıb

“Səbail” yarımmüdafiəçi David Qomislə müqavilənin müddətini artırıb.

Mediasport.az xəbər verir ki, yeni anlaşmaya əsasən, 30 yaşlı futbolçu 2024/2025-ci illər mövsümünün sonuna qədər Bayıl klubunun uğurları üçün çalışacaq. 

Ötən mövsümün ikinci yarısından “dənizçilər”də çıxış edən David Qomis Premyer Liqada 25 qarşılaşmada (1919 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 4 top keçirib