"Qarabağ" La Liqa və Bundesliqa klublarını geridə qoydu - REYTİNQ

"Qarabağ" La Liqa və Bundesliqa klublarını geridə qoydu - REYTİNQ

Klubların 10 illik UEFA reytinqi açıqlanıb.

Mediasport.az xəbər verir ki, cədvəldə Avropanın 554 klubu yer alıb.

2015-24-cü illərdə qitə kuboklarında Azərbaycanı 9 klub təmsil edib.

Ən yaxşı göstəriciyə malik “Qarabağ” 53,000 xal toplayıb. Qurban Qurbanovun komandası Avropada 65-cidir.

"Köhlən atlar" "Atletik” (İspaniya), “Betis” (İspaniya), “Volfsburq” (Almaniya) kimi klubları geridə qoyub.

“Neftçi” 11,750 xalla 260-62-ci yerləri bölüşür. Bakı klubunun şərikləri Tbilisi “Dinamo”su və “Suduva”dır.

10,500 xala malik “Qəbələ” 282-87-ci yerlərin şərikləri sırasındadır.

Digər təmsilçilərimiz – “Zirə”, “Sabah”, “Səbail”, “Sumqayıt”, “Şamaxı” və “Kəpəz” 7,675 xalla 348-353-cü yerləri bölüşürlər.

Reytinqə 265,000 xalla Madrid “Real”ı başçılıq edir.