Dünya çempionatı tarixində ilk dəfə iki şahmatçı qalib adını qazandı

 Dünya çempionatı tarixində ilk dəfə iki şahmatçı qalib adını qazandı

Şahmatın blits növü üzrə dünya çempionatına yekun vurulub.

Mediasport.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində təşkil edilən yarışda ilk dəfə 2 qalib olub.

Norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi dünya çempionu adını qazanıblar.

Finalda üz-üzə gələn şahmatçıların dueli 3,5:3,5 hesabı ilə başa çatıb. Yekunda qrossmeysterlərin qarşılıqlı razılığı əsasında onlar titulun ortaq sahibi olublar. Bu, Maqnus Karlsenin təklifi əsasında gerçəkləşib.

Qeyd edək ki, Yan Nepomnyaşi rapid üzrə dünya çempionatında 3-cü yeri tutub. Maqnus Karlsen isə rəsmi geyim qaydalarını pozduğu üçün həmin yarışdan diskvalifikasiya edilib.