SOCAR-ın bu il "Qalatasaray"a ödədiyi məbləğ açıqlandı

SOCAR-ın bu il "Qalatasaray"a ödədiyi məbləğ açıqlandı

"Qalatasaray"ın sponsorlardan illik gəliri müəyyənləşib.

Mediasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı qırmızılılar" bu haqda İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) rəsmən hesabat verib. 

Klubun 2024-cü ildə 25 milyon 850 min avro və 1 milyard 183 milyon 286 min türk lirəsi (bugünkü məzənnə ilə təqribən 50 milyon avro) gəliri olub. 

İstanbul nəhənginin avro ilə ən çox gəlir qazandığı şirkətlər arasında SOCAR birinci yeri tutur - 15 milyon avro. "Puma" ikinci (5 milyon avro), "Türk Hava Yolları" 3-cü (2,5 milyon avro), "Arkham" isə 4-cüdür (1,9 milyon avro).

Türk lirəsi ilə ən çox gəlir isə "Rams" şirkətindən (245 milyon TL) olub.

Qeyd edək ki, SOCAR "Qalatasaray"ın avrokuboklardakı matçlarında rəsmi titul - forma sponsorudur.