Azərbaycan millisinin sabiq üzvü 1-ci Liqa klubunda çıxış edəcək

 Azərbaycan millisinin sabiq üzvü 1-ci Liqa klubunda çıxış edəcək

Azərbaycan millisinin sabiq futbolçusu Nurlan Novruzov karyerasını 1-ci Liqada davam etdirəcək.

Mediasport.az xəbər verir ki, son olaraq 2-ci Liqada "Hypers Guba"da forma geyinmiş 31 yaşlı forvard “Qaradağ Lökbatan”da oynayacaq.

2014/2015-ci illər mövsümündə Premyer Liqada "Bakı"nın heyətində Azərbaycan çempionatının bombardiri olmuş təcrübəli hücumçu son illərdə “Dinam-Avto” (Moldova), “Narva-Trans” (Estoniya), “Lalitpur Siti”, “Maçindra” (hər ikisi Nepal) klublarında legioner həyatı yaşayıb.