Nazir müavini İcraiyyə Komitəsinə üzvlüyə 19 namizəddən biri oldu
Avropa Olimpiya Komitələri (EOC) qurumun rəhbərliyi və İcraiyyə Komitəsi üzvlüyünə namizədlərin siyahısını açıqlayıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva da namizədlər sırasında yer alıb.
O, İcraiyyə Komitəsinə üzv olmağa iddialılar siyahısındadır. Burada 12 yerə 19 namizəd təsdiqlənib.
Qeyd edək ki, EOC-un prezidenti postuna yeganə iddiaçı indiki rəhbər yunanıstanlı Spiros Kapralosdur.