Şəhriyarla Rauf gerilədi, Rəcəbov bir pillə irəlilədi - Dünya REYTİNQi

Şəhriyarla Rauf gerilədi, Rəcəbov bir pillə irəlilədi - Dünya REYTİNQi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2025-ci il üçün ilk dünya reytinqini açıqlayıb.

Mediasport.az xəbər verir ki, yeni ilin ilk ayında Azərbaycan şahmatçılarından ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.

40 yaşlı qrossmeyster beş pillə geriləsə də, 2732 xalla 21-ci pillədə qərarlaşıb. 2698 xalı olan Teymur Rəcəbov bir pillə irəliləyərək 32-ci sıraya yüksəlib.

Dörd pillə geriləyən Rauf Məmmədov 2656 xalla 73-cüdür. Reytinqə 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. İki pillə geriləyən şahmatçı 2412 xalla 38-ci yerdədir. Bir pillə irəliləyən Gövhər Beydullayeva (2404) 42-ci yerə yüksəlib. Ülviyyə Fətəliyeva (2381) üç addımlıq sıçrayışla 64-cü pillədədir. Xanım Balacayeva (2355) 5 pillə geriləyərək 88-ci olub.

Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.