Qəzada həlak olmuş kapitanı millimizin üzvlərinin atası imiş...

 Qəzada həlak olmuş kapitanı millimizin üzvlərinin atası imiş...

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında Azərbaycan millisinin gimnastlarının valideyni də olub.

Mediasport.az xəbər verir ki, bu haqda gənclər və idman nazirinin müavini Mariana Vasileva paylaşım edib.

O bildirib ki, təyyarənin kapitanı İqor Kşnyakin gimnastlarımız Anastasiya və Daryanın atasıdır:

“Azərbaycan Gimnastika Federasiyasının “Gimnastika hamı üçün” növü üzrə təmsilçiləri Anastasiya və Darya Kşnyakinanın atası Kşnyakin İqor İvanoviç baş vermiş təyyarə qəzasında həyatını itirib. Kapitan Kşnyaşkin İqor İvanoviçin timsalında bütün ekipaj üzvlərinə Allahdan rəhmət diləyirik”.

Qeyd edək ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer” tipli sərnişin təyyarəsinin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan vətəndaşı olub.

Faciə nəticəsində 23 vətəndaşımız həlak olub.