"Ayazın "ulduz" futbolçu olacağını düşünürdüm, amma alınmadı"
Rusiyanın "Spartak" (Moskva) klubunun keçmiş baş məşqçisi Andrey Pyatnitski "Sabah"ın yarımmüdafiəçisi Ayaz Quliyev barəsində maraqlı açıqlama verib.
Mediasport.az xəbər verir ki, "Чемпионат" nəşrinə danışan özbək əsilli mütəxəssis azərbaycanlı futbolçunun potensialından maksimum istifadə edə bilməməsinin səbəblərini izah edib.
O, vaxtilə Ayaz Quliyevin "ulduz" futbolçu olacağını düşündüyünü bildirib:
"Zəlimxan Bakayevlə Ayaz Quliyev eyni komandada idilər. Açığı, Ayazın "ulduz" olacağını düşünürdüm, amma alınmadı. Potensialını aça bilmədi. Bu onun çətin xarakterindən irəli gəlirmi - bəli, ola bilər. O, tez bir zamanda özündən çıxan, əsəbləşən və həssas biridir. Bu da onun karyerasına təsir etdi".
Xatırladaq ki, Rusiyada anadan olan Ayaz Quliyev "Spartak"ın yetirməsidir.
O, 2001-2014 və 2019-2021-ci illərdə Moskva klubunun futbolçusu olub, 2023-cü ilin avqustundan "Sabah"da çıxış edir.