Asif Şirəliyev Paris-2024 Yay Olimpiya Oyunlarına dəvət alıb

Asif Şirəliyev Paris-2024 Yay Olimpiya Oyunlarına dəvət alıb

Azərbaycanın beynəlxalq dərəcəli güləş hakimi Asif Şirəliyev Paris-2024 Yay Olimpiya Oyunlarına dəvət alıb.

Mediasport.az xəbər verir ki, I-S kateqoriyalı referi ikinci dəfə olimpiadada iş başında olacaq.

Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi yüksək qiymətləndirərək həmyerlimizə məsul yarışda etimad göstərib.

Şirəliyev ilk dəfə "Tokio-2020"də debüt edib.

Qeyd edək ki, olimpiadada ümumilikdə 39 referi hakimlik edəcək.