Qadın güləşçilərimiz Tiranada mübarizəyə başlayır - AÇ-2023
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə yeniyetmələr arasında (U-17) Avropa çempionatı davam edir.
mediasport.az xəbər verir ki, bu gün qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Ölkəmizi qitə birinciliyində Səadət Quliyeva (43 kq), Esra Məmmədli (46 kq), Gülər Həbibova (53 kq), Ruzanna Məmmədova (57 kq) və Günay Qurbanova (61 kq) təmsil edirlər.
Axşam saatlarında isə Turan Daşdəmirov (45 kq) qızıl, Əli Seyidəlili (51 kq) bürünc uğrunda yarışacaq. Nurlan İbadzadə (60 kq) və Mikayıl İsmayılov (92 kq) təsəlliverici görüşlərə çıxacaqlar.
Yığmamızın aktivində hələlik 4 bürünc medal var.