"Özümü toparlaya bildim, hesabı bərabərləşdirdim və qalib gəldim"

"Özümü toparlaya bildim, hesabı bərabərləşdirdim və qalib gəldim"

İordaniyada keçirilən U-17 dünya çempionatında "qızıl" qazanan Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov (51 kq) Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlama verib.

Mediasport.az xəbər verir ki, hesabda geridə olmasına baxmayaraq, əzmkarlıq nümayiş etdirən ikiqat dünya çempionumuz qələbəni belə şərh edib:

"Rəqiblərimin mənimlə görüşlərə hazırlaşdıqlarını hiss edirdim. Buna baxmayaraq, heç bir taktikanı dəyişmədim, plana sadiq qaldım.

Eyni nəticəni U-20 səviyyəsində də əldə etməyi planlaşdırıram. Mənim üçün ən çətin final qarşılaşması idi. İlk hissədə 1:3 hesabı ilə geridə idim. Sonra özümü toparlaya bildim, hesabı bərabərləşdirdim və sonda qalib gəldim. Ən vacib olan da bu idi".

Xatırladaq ki, yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kq) qızıl, Əmrah Əmrahov (48 kq) isə bürünc mükafata yiyələnib.