Avropa çempionatı-2023: Azərbaycan yığmalarının heyətləri açıqlandı
Sabah Macarıstanın Kapoşvar şəhərində güləş üzrə U-15 Avropa çempionatı start götürəcək.
MediaSport.az xəbər verir ki, iyulun 9-dək davam edəcək qitə birinciliyində hər 3 güləşi növü üzrə milli komandalarımız iştirak edəcəklər.
Azərbaycan Güləş Federasiyasının rəsmiləri komandalarla görüşüb və onlara uğurlar arzulayıblar.
Təsnifat və təsəlliverici görüşlər Bakı vaxtı ilə 12:30-da başlayacaq. Yarımfinallar 19:00, medal qarşılaşmaları isə 20:00-da start götürəcək. Yarışın sonuncu günündə isə həlledici görüşlər 15:30-da başlayacaq. Qadın güləşində medalçılar iyulun 7-də, sərbəst güləşdə ayın 8-də, yunan-Roma güləşində isə çempionatın sonuncu günündə müəyyənləşəcək.
Qeyd edək ki, AÇ-də Kamran Baxışov və Samil Fəttayev ölkəmizi hakim qismində təmsil edəcək.
Sabah qadın güləşi üzrə yarışa start veriləcək. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 5 güləşçi mübarizə aparacaq:
3️⃣9️⃣ kq Əfsanə İslamova
4️⃣2️⃣ kq Nəzrin Əhmədli
4️⃣6️⃣ kq Esra Məmmədli
5️⃣8️⃣ kq Fidan Babayeva
6️⃣2️⃣ kq Milana Bağırzadə
İyulun 7-də sərbəst güləşçilər xalçaya çıxacaqlar. Məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında 13 idmançı Kapoşvarda uğur qazanmağa çalışacaq:
3️⃣8️⃣ kq Müstəcəb Məmmədov
4️⃣1️⃣ kq Rəşid Nazarov
4️⃣4️⃣ kq Ruslan Əlizadə
4️⃣8️⃣ kq Həsən Həsənov
5️⃣2️⃣ kq Fərid Ağazadə, Hüseyn İsmayılov
5️⃣7️⃣ kq İsa Yusibov
6️⃣2️⃣ kq Nihad Abbasov
6️⃣8️⃣ kq Rəşad Veysəlov
7️⃣5️⃣ kq Hüseyn Məmmədtağızadə, Nihad Quliyev
8️⃣5️⃣ kq Amin Nəsibov, Hakim Tağıyev
Ayın 8-də isə yunan-Roma güləşçiləri yarışa qoşulacaqlar. Məşqçilər Əbilfət Məmmədovla İlham Vezirovun rəhbərliyi altında 13 idmançı çıxış edəcək:
3️⃣8️⃣ kq Abdurrəhman Hüseynli, Qurban Məcnunov
4️⃣1️⃣ kq Ayxan Əsədli
4️⃣4️⃣ kq Hikmət Haqverdiyev
4️⃣8️⃣ kq Elşad Abbasov, Əli Nəzərov
5️⃣2️⃣ kq Nihad Məhərrəmov, Marat Ağakərimov
5️⃣7️⃣ kq Məhəmməd Ələkbərli
6️⃣2️⃣ kq Nicat Yeylaqaliyev
6️⃣8️⃣ kq Yusif Əhmədli
7️⃣5️⃣ kq Rihad İbrahimli
8️⃣5️⃣ kq Rüfət Əlizadə