Leyli Əliyeva erməniyə qalib gəlib qızıl medal qazandı - II MDB Oyunları
Azərbaycan atıcısı Leyli Əliyeva Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında qızıl medal qazanıb.
mediasport.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma növündə bütün rəqiblərini qabaqlayıb.
Təmsilçimiz finalda erməni Nare Qabrielyana qalib gəlib.
Qeyd edək ki, Əliyeva ötən ay Cənubi Koreyanın Çanqvon şəhərində gənclər arasında təşkil olunmuş Dünya Çempionatında bürünc medal əldə edib.