Azərbaycan atıcıları final mərhələsinə çıxa bilmədilər - Avropa Oyunları

Azərbaycan atıcıları final mərhələsinə çıxa bilmədilər - Avropa Oyunları

Azərbaycanın qadın atıcıları Polşada keçirilən III Avropa Oyunlarının təsnifat mərhələsində çıxış ediblər.

MediaSport.az xəbər verir ki, skit növündə Regina Meftahəddinova 75 hədəfdən 70-ni, Nurlana Cəfərova isə 67-ni dəqiq nişan alıb.

Sabah təsnifatın ikinci günündə mübarizə daha iki dövrədə davam edəcək. İlk 8 yeri tutan idmançılar finala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, bu gün qadınlardan ibarət Azərbaycanın yığması 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada 9 komanda arasında sonuncu yeri tutaraq final mərhələsinə yüksələ bilməyib.