Aygün Əsədli Rumıniyada Avropa çempionu adını qazandı
Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən ənənəvi karate, "KVU-VFKF birliyi"nin üzvləri Rumıniyada keçirilmiş Avropa çempionatında iştirak ediblər.
Mediasport.az xəbər verir ki, təmsilçimiz Aygün Əsədli 55 kiloqram çəki dərəcəsində bütün bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Yarış Beynəlxalq Kyokuşin-Kan karate təşkilatı tərəfindən Klyuj Napoka şəhərindəki Sala Polivalenta arenasında keçirilib.