"Sabah"ın avrokubokdakı matçının biletləri 2 manatdan satışa çıxarıldı

  "Sabah"ın avrokubokdakı matçının biletləri 2 manatdan satışa çıxarıldı

FIBA Avropa Kubokunun müntəzəm mövsümünün "G" qrupunun 2-ci turunda keçiriləcək "Sabah" - "Maroussi" duelinin biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 2,5 və 10 manat təşkil edir.

Oyun 16 oktyabr, 19:00-da başlayacaq.