"Sabah" məğlub olmaqla rəqiblərinə liderlik imkanı yaratdı
Azərbaycan Basketbol Liqasında 6-cı tura start verilib.
mediasport.az xəbər verir ki, turun ilk oyununda lider “Sabah”la “Sərhədçi” qarşılaşıb.
Favorit "Sabah" sayılsa da, cari mövsüç üçüncü qələbəsini qazanan “sərhədçilər” xal ehtiyatını 9-a çatdırıblar - 91:84.
Oyunun ən məhsuldar basketbolçuları “Sabah”dan Kristian Roler (18 xal, 10 ribaund), “Sərhədçi”dən isə Maksvel Starvud (23 xal, 6 ribaund) olub.
Tur bu gün və sabah keçiriləcək NTD - “Gəncə”, “Zirvə Astara” - “Neftçi”, “AAAF Xırdalan” - “Olimpik Şəki” matçları ilə davam etdiriləcək.