Avropa çempionatının bu oyunları "CBC Sport"da canlı yayımlanacaq

Avropa çempionatının bu oyunları "CBC Sport"da canlı yayımlanacaq

Bu axşam Almaniyada futbol üzrə Avropa çempionatı start götürəcək.

4-illiyin futbol bayramının Azərbaycanda yayım hüququ İTV-yə məxsusdur.

Kanal 1 ay boyunca qitə birinciliyinin görüşlərini canlı yayımla təqdim edəcək.

Lakin Azərbaycanın idman kanalı - "CBC Sport" da işsiz qalmayacaq. İTV-dən Mediasport.az saytına verilən məlumata görə, qrup mərhələsinin eyni saatda başlanacaq son tur görüşləri məhz paralel olaraq "CBC Sport" kanalında canlı yayımlanacaq.

Xatırladaq ki, bu gecə Almaniya - Şotlandiya matçı ilə başlanacaq AVRO-2024 iyulun 14-də yekunlaşacaq.