Vasif Səlimov Bosniya və Herseqovinada çempion oldu
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıblar.
Mediasport.az xəbər verir ki, 68 kq çəki dərəcəsində yarışan Vasif Səlimov bütün rəqiblərini üstələyərək çempion olub.
78 kq-da mübarizə aparan Elcan Əliyev isə bürünc medal əldə edib.
Ölkəmiz gənclər arasında 5 idmançı ilə təmsil olunub.