AVRO-2024: Millilər neçə futbolçu sifariş edə biləcək? - SON QƏRAR

AVRO-2024: Millilər neçə futbolçu sifariş edə biləcək? - SON QƏRAR

UEFA yayda Almaniyada keçiriləcək AVRO-2024-də komandaların iştirak ərizəsi ilə bağlı yekun qərarını açıqlayıb.

Mediasport.az xəbər verir ki, İcraiyyə Komitəsinin son rəyinə əsasən, yığmalar turnir üçün 26 futbolçu sifariş edə biləcəklər.

İdeya qurumun əksər nümayəndələri tərəfindən tam dəstəklənib.

Avropa futbol təşkilatı AÇ-2020-də də bu qaydanı tətbiq etmişdi. Sadəcə, o zaman qərar koronavirus pandemiyası və qrafikin sıx olması səbəbindən məcburi verilmişdi.

Ardınca FİFA analoji səbəbə görə DÇ-2022-də eyni sayda oyunçu sifarişinə icazə vermişdi.

Xatırladaq ki, qitə birinciliyi iyunun 14-dən iyulun 14-dək keçiriləcək.