Avropa Konfrans Liqası: Mahir Emrelinin klubu Kosovo səfərində

Avropa Konfrans Liqası: Mahir Emrelinin klubu Kosovo səfərində

Bu gün Avropa Konfrans Liqasında da qrup mərhələsinin 2-ci turuna start veriləcək.

Mediasport.az xəbər verir ki, 8 qrupda 16 görüş baş tutacaq.

Azərbaycan yığma komandasının hücumçusu Mahir Emrelinin heyətində çıxış etdiyi "Dinamo" (Xorvatiya) Kosovoda "Ballkani" ilə qarşılaşacaq.

Türkiyə təmsilçilərindən "Beşiktaş" evdə İsveçrənin "Luqano" klubunu qəbul edəcək, "Fənərbağça" isə Slovakiyada "Spartak"ın qonağı olacaq.


Avropa Konfrans Liqası. Qrup mərhələsi. 2-ci tur


A qrupu

20:45 Olimpiya (Sloveniya) - Slovan (Slovakiya)

20:45 Klaksvik (Farer adaları) - Lill (Fransa)

Xal durumu: Lill - 3, Slovan - 3, Klaksvik - 0, Olimpiya - 0


B qrupu

20:45 Gent (Belçika) - Makkabi (Təl-Əviv, İsrail)

20:45 Breydablik (İslandiya) - Zarya (Ukrayna)

Xal durumu: Makkabi - 3, Gent - 1, Zarya - 1, Breydablik - 0


C qrupu

18:30 Astana (Qazaxıstan) - Viktoriya (Çexiya)

20:45 Ballkani (Kosovo) - Dinamo (Xorvatiya)

Xal durumu: Dinamo - 3, Viktoriya - 3, Ballkani - 0, Astana - 0


D qrupu

20:45 Bude-Qlimt (Norveç) - Brügge (Belçika)

20:45 Beşiktaş (Türkiyə) - Luqano (İsveçrə)

Xal durumu: Brügge - 1, Beşiktaş - 1, Bude-Qlimt - 1, Luqano - 1


E qrupu

23:00 Alkmaar (Niderland) - Legiya (Polşa)

23:00 Aston Villa (İngiltərə) - Jrinski (Bosniya)

Xal durumu: Jrinski - 3, Legiya - 3, Alkmaar - 0, Aston Villa - 0


F qrupu

23:00 Fiorentina (İtaliya) - Ferensvaroş (Macarıstan)

23:00 Çukariçki (Serbiya) - Genk (Belçika)

Xal durumu: Ferensvaroş - 3, Genk - 1, Fiorentina - 1, Çukariçki - 0


G qrupu

23:00 PAOK (Yunanıstan) - Ayntraxt (Almaniya)

23:00 Aberdin (Şotlandiya) - HJK (Finlandiya)

Xal durumu: PAOK - 3, Ayntraxt - 3, HJK - 0, Aberdin - 0


H qrupu

23:00 Norşelland (Danimarka) - Ludoqores (Bolqarıstan)

23:00 Spartak (Slovakiya) - Fənərbağça (Türkiyə)

Xal durumu: Fənərbağça - 3, Ludoqores - 3, Norşelland - 0, Spartak - 0