Avropa Konfrans Liqasında həftənin oyunçusu kim olacaq?

Avropa Konfrans Liqasında həftənin oyunçusu kim olacaq?

UEFA Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Mediasport.az xəbər verir ki, "Olimpiakos"un qapıçısı Konstantinos Çolakis, "Brügge"dən Ferran Yutqla, "Aston Villa"dan Mett Kəş və "Fiorentina"dan Kristiano Biragi iddiaçılar sırasında yer alıb.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.