Mahirin komandası İspaniyada qələbə qazanıb - Konfrans Liqası

Mahirin komandası İspaniyada qələbə qazanıb - Konfrans Liqası

Futbol üzrə Avropa Konfrans Liqasında da keçid pley-off mərhələsinin ilk oyunları baş tutub.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" klubu İspaniyada "Betis"ə qalib gəlib.

Yığmamızın forvardı zədəli olduğu üçün matçda iştirak etməyib.

Cavab görüşləri fevralın 22-də keçiriləcək.


Avropa Konfrans Liqası. Keçid pley-off. İlk oyunlar


"Ayaks" (Niderland) - "Bude-Qlimt" (Norveç) 2:2

"Makkabi" (Hayfa, İsrail) - "Gent" (Belçika)1:0

"Betis" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:1

"Servette" (İsveçrə) - "Ludoqores" (Bolqarıstan) 0:0

"Mölde" (Norveç) - "Legiya" (Polşa) 3:2

"Olimpiakos" (Yunanıstan) - "Ferensvaroş" (Macarıstan) 1:0

"Şturm" (Avstriya) - "Slovan" (Bratislava, Slovakiya) 4:1

"Yunion" (Belçika) - "Ayntraxt" (Almaniya) 2:2