Azərbaycan hokkeyçilərindən beynəlxalq turnirdə növbəti qələbə

Azərbaycan hokkeyçilərindən beynəlxalq turnirdə növbəti qələbə

Tatarıstanın paytaxtı Kazan şəhərində İslam ölkələri arasında keçirilən “Orxis Cup” ikinci beynəlxalq hokkey turniri davam edir.

Mediasport.az xəbər verir ki, tarixində ilk dəfə beynəlxalq turnirdə iştirak edən Azərbaycanın "Baku Flames" hokkey komandası növbəti görüşünü keçirib.

İran hokkeyçiləri ilə qarşılaşma təmsilçimizin 11:6 hesablı qələbəsilə başa çatıb.

Yarışda Türkiyə, Qazaxıstan, Pakistan, Monqolustan, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan da təmsil olunur.

Qeyd edək ki, komandamız ilk matçda Bəhreyn kollektivini məğlub edib - 8:3.