Ayxan Abbasov "Turan Tovuz"da yubiley oyununu keçirib

Ayxan Abbasov "Turan Tovuz"da yubiley oyununu keçirib

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib.

Mediasport.az PFL-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının IX turuna təsadüf edib.

Qərblilər səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzublar.

Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidr. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb.

Qərblilər bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. Tovuz təmsilçisi Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub.