"Qəbələ" və "Neftçi" yarımfinalda

"Qəbələ" və "Neftçi" yarımfinalda

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Mediasport.az xəbər verir ki, bir görüş bölgədə, digəri Bakıda oynanılıb.

"Araz-Naxçıvan"ı mübarizədən kənarlaşdıran "Qəbələ" yarımfinalda "Zirə"yə rəqib olub.

"Sumqayıt"ı keçən "Neftçi"nin final yolunda rəqibi isə "Qarabağ" olacaq.

Azərbaycan Kuboku. 1/4 final. Cavab oyunları

16:00 "Qəbələ" - "Araz-Naxçıvan" 2:0

Qollar: Osama Xalayla, 39, Urfan Abbasov, 42.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Qəbələ şəhər stadionu

İlk oyun - 1:1

19:00 "Neftçi" - "Sumqayıt" 1:1

Qollar: Filip Ozobiç, 16 - Roy Kehat, 40.

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Neftçi Arena"

İlk oyun - 3:2