Qurban Qurbanov oğlunun milliyə çağırılmaması barədə nə dedi?
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 7-ci turunun "Zirə" ilə səfər (1:7) oyunu haqda fikirlərini bölüşüb, jurnalistləri maraqlandıran sualları cavablandırıb.
MediaSport.az xəbər verir ki, təcrübəli mütəxəssis vacib qələbə qazandıqlarını deyib: “Hesabda irəli olsaq da, rəqib sürəti artırırdı. Oyunçularım belə sıx qrafikdə buna dözdülər və kiçik uğur qazandılar”.
Qurbanov qarşılaşmada 4 qol vuraraq poker edən oğlu Musa Qurbanlı barədə də danışıb, gənc futbolçunun milliyə çağırılması üçün hazır olub-olmamasına dair suala belə cavab verib: “Musa Qurbanlı ilk olaraq “Qarabağ”, daha sonra milli üçün hazır olmalıdır. Yığmanın öz idarəediciləri var. Bu barədə fikir bildirə bilmərəm”.