Azərbaycanın 9 klubuna 4 milyon manata yaxın ödəniş olunub

Azərbaycanın 9 klubuna 4 milyon manata yaxın ödəniş olunub

UEFA Azərbaycanın 9 klubuna ("Qarabağ" istisna olmaqla) ödəniş edib.

Mediasport.az xəbər verir ki, bu, "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində baş tutub.

2022/23-cü illər mövsümü üçün ayrılmış 1.955.000 (bir milyon doqquz yüz əlli beş min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.