"Qarabağ"dan yeni rekord: "Neftçi"ni qabaqlayıblar
Azərbaycan Premyer Liqasında 17-ci turun "Turan Tovuz" - "Zirə" matçı birincilərin qələbəsi ilə yekunlaşıb - 1:0.
Mediasport.az xəbər verir ki, bununla da ölkə çempionatında cari mövsümün qış çempionu müəyyənləşib.
Qəsəbə təmsilçisinin məğlubiyyətindən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi "Qarabağ"ın qış fasiləsinə lider yollanacağı dəqiqləşib. Hazırda 35 xalı olan Ağdam təmsilçisi ən yaxın izləyicisi "Zirə"ni 6 xal qabaqlayır.
"Köhlən atlar" tarixində 10-cu dəfə yeni ili lider kimi qarşılayacaq. "Qarabağ" 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20, 2021/22 və 2022/23 mövsümlərinin ilk yarısını da zirvədə tamamlayıb. Nəticədə, onlar yeni rekorda imza atıb.
"Neftçi" doqquz (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21), "Kəpəz" (1993/94, 1997/98, 1998/99) və "Şamaxı" (2008/09, 2009/10, 2012/13) hərəyə üç, "Xəzri" (1995/96), "Şəmkir" (1999/2000), "Karvan" (2005/06), "Xəzər Lənkəran" (2006/07) və "Şüvəlan"ın (2007/08) isə bir belə uğuru var.
Xatırladaq ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.